Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini
rəsmi olaraq 2026-cı il martın 15-nə qədər uzadıb.

Trend-in
məlumatına görə, bu barədə məlumat press-relizdə qeyd olunub.




Press-relizdə bildirilib: “Şura Ukraynanın ərazi bütövlüyünü,
suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə
qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə uzadılması
barədə qərar qəbul edib.”

Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunur. Aİ
əlavə olaraq Rusiyaya təzyiqləri artırmağa və yeni sanksiyalar
tətbiq etməyə hazırdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir