
Bakı. Trend:
Polşa işsiz əcnəbiləri sosial müavinət və dövlət səhiyyə
xidmətindən məhrum edib.
Trend-in
məlumatına görə, ailə müavinətləri və dövlət səhiyyə xidmətləri
yalnız Polşada peşəkar fəaliyyət göstərən əcnəbilərə şamil
ediləcək.
Yeni qaydalar bütün əcnəbilərə aid olsa da, xüsusilə ölkədəki
ukraynalı qaçqınlara təsir göstərəcək.
Parlamentin bəyanatında qeyd olunub: “Seym əcnəbilər üçün sosial
müavinətlər haqqında qanun qəbul edib. O, ailə müavinətlərinin və
ya dövlət səhiyyə xidmətinə çıxışın yalnız Polşada peşəkar
fəaliyyət göstərən əcnəbilərə veriləcəyini nəzərdə tutur”.

