2024-cü ildə vəbadan ölüm halları 50% artıb – ÜST

Baş səhifə

Bakı. Trend:

2024-cü ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 50%
artaraq 6 mini ötüb.

Trend xəbər verir
ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Bəyanatda vurğulanıb ki, 2024-cü ildə qeydə alınan vəba
hadisələrinin sayı 2023-cü illə müqayisədə 5%, ölənlərin sayı isə
50% çox olub.




ÜST-ün hesabatına əsasən, ötən il qarşısının alınması və
müalicəsi mümkün olan xəstəlikdən 6 mindən çox insan həyatını
itirib.

Məlumata görə, 2024-cü ildə vəba halları 60 ölkədə qeydə alınıb
(2023-cü ildə bu rəqəm 45 ölkə olub). Hadisələrin 98%-i Afrika,
Yaxın Şərq və Asiya ölkələrində baş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir