Aİ alüminium sənayesi metal qırıntılarının ixracına tariflər tətbiq olunmasını tələb edir

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqının alüminium sənayesi blokdan metal
qırıntılarının kütləvi şəkildə xaricə, xüsusilə Asiyaya axınının
qarşısını almaq üçün Avropa Komissiyasını 30 faizə yaxın tariflər
tətbiq etməyə çağırır.

Trend “Reuters”ə
istinadən xəbər verir ki, Aİ-dən alüminium qırıntılarının ixracı
2024-cü ildə rekord həddə – 1,26 milyon tona çatıb. Bu göstərici
beş il əvvəlkindən təxminən 50% çoxdur.

Sənaye nümayəndələrinin sözlərinə görə, ABŞ-da Donald Tramp
dövründə tətbiq olunan tariflər (alüminium üçün 50%, metal
qırıntıları üçün 15%) nəticəsində Asiya alıcıları Aİ bazarına daha
çox yönəlib.




“European Aluminium”un baş direktoru Pol Voss bildirib ki,
Avropa şirkətləri subsidiyalar və daha aşağı əmək, həmçinin ekoloji
standartlara görə qiymət üstünlüyü olan Asiya bazarı ilə rəqabətdə
çətinlik çəkir:

“Qırıntı treyderlərinin ən yüksək qiyməti təklif edən alıcıya
satmağa üstünlük verməsi başadüşüləndir, lakin Avropanın strateji
maraqlarını qorumaq üçün belə bazar uğursuzluqlarını düzəltmək
dövlət siyasətinin vəzifəsidir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Aİ-dən kənarda bir sıra ölkələr artıq metal
qırıntılarının ixracını məhdudlaşdırıb. “GMK Center” konsaltinq
şirkətinin məlumatına görə, Hindistan və Çin də daxil olmaqla 48
ölkə qara metal qırıntılarının ixracına məhdudiyyətlər tətbiq
edir.