
Bakı. Trend:
Kamçatkada 6,3 bal gücündə baş verən zəlzələdən sonra sunami
təhlükəsi elan olunub.
Trend xəbər verir
ki, bu barədə vilayət qubernatoru Vladimir Solodov Teleqram
kanalında məlumat yayıb.
Təkanlar regional paytaxtda 4–6 bal gücündə hiss edilib.
Xüsusilə Xalaktırski çimərliyi və sahilyanı ərazilərə səfərdə
ehtiyatlı olmaq tövsiyə olunub.
Regional Fövqəladə Hallar Nazirliyi isə əlavə edib ki,
hündürlüyü 120 sm-dən çox olmayan sunami dalğasının Mayaçnı burnu
və Xalaktırski çimərliyi istiqamətində yaxınlaşacağı
gözlənilir.
Zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km
dərinlikdə qeydə alınıb.