Qurban Qurbanovdan transfer açıqlaması

Baş səhifə

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ramil Şeydayevin Ağdam klubuna transfer olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə deyib:

“Hazırda belə bir reallıq yoxdur. Zədəli futbolçularımız var, oyunçu sayı ilə bağlı çətinliklər ola bilər. Dünən eşitdim ki, “Neftçi”dən ayrılıb. Doğrudur, bu barədə düşünməyə vaxtım olub, amma hələ ki, konkretlik yoxdur. Əlbəttə, dəyərləndirəcəyik. O, bizdə oynamış futbolçudur. Hazırkı hazırlıq səviyyəsini bilmirəm. Buna da baxacağıq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.