
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də Qətərin baş naziri
və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüş
keçirib.
Trend-in
məlumatına görə, Ağ Evin nümayəndəsi jurnalistlərə açıqlamasında
görüşün baş tutduğunu təsdiqləyib.
Prezident Trampın planlaşdırıldığı kimi Qətər baş naziri ilə
nahar etdiyi bildirilib. Mətbuat xidmətinin yaydığı mesajda görüşün
digər təfərrüatları açıqlanmayıb.
Xatırladaq ki, bundan əvvəl Vaşinqton administrasiyası Trampın
və onun sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Steven
Uitkoffun Qətər baş naziri ilə görüşünün nəzərdə tutulduğunu
açıqlamışdı.