
Bakı. Trend:
“Apple” korporasiyası Çində “iPhone Air” modelinin satışına
hələlik icazə ala bilməyib.
Trend-in “South
China Morning Post”a istinadən verdiyi məlumata görə, ABŞ şirkəti
ultra nazik modelin satışını təxirə salmalı olub.
Bununla yanaşı, “iPhone 17” seriyasının digər modelləri
sentyabrın 19-dan həm Çində, həm də qlobal bazarda satışa
çıxarılacaq.
Mənbənin məlumatına əsasən, “iPhone Air” modelində fiziki SIM
kart yuvası yoxdur və yalnız eSIM texnologiyası ilə istehsal
olunur. Lakin Çində eSIM istifadəsi üçün tənzimləyici orqanlardan
xüsusi icazə tələb olunur.