Misli Premyer Liqasında bu gün IV turun iki oyunu keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında IV turun oyunları davam edir.

Trend-in
məlumatına görə, günün ilk qarşılaşmasında turnir cədvəlində
altıncı pillədə qərarlaşan “İmişli” doğma meydanda “Sumqayıt” ilə
üz-üzə gələcək. Görüş saat 16:30-da start götürəcək.

Daha sonra “Turan” öz meydanında “Qəbələ” ilə üz-üzə gələcək. Bu
oyun isə saat 19:00-da başlayacaq.




Qeyd edək ki, Premyer Liqanın IV turuna sentyabrın 14-də yekun
vurulacaq.

16:30. “İmişli” – “Sumqayıt”
19:00. “Turan” – “Qəbələ”