Yazı gözəl insan, peşəkar təhlükəsizlik əməkdaşı Quliyev Rzaqulu Hüseyn oğlunun 110 illik yubileyinə həsr olunur

Baş səhifə

Bakı. Trend:

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabr ayının birinci
yarısında Zəngəzur mahalında anadan olub.

1918-1919-cu illərdə erməni daşnaklarının Zəngəzurdakı
azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər nəticəsində Hüseyn
Quliyevin (Rzaqulunun atası) qaçqın vəziyyətinə düşür. Bu mənasız
və amansız müharibədə azyaşlı Humay və qardaşı Rzaqulu itgin
düşürlər.

Onların axtarışı uzunmüddətli olmur. Yaxın qohumlarının
dəqiqliyi və səyləri nəticəsində uğurla nəticələnir. Humay, Rzaqulu
və daha iki bacısı tapılır və Naxçıvana gətirilir. Orada onların
bibisi İzzət xanım Həyat yoldaşı Əlirza Əliyevlə tapılan uşaqları
himayəyə götürürlər. Əliyevlər ailəsində uşaqlar üçün hər cür
şərait və rahatlıq yaradılır. Hüseynin övladları yetkinlik yaşına
çatana qədər mehribanlıq və qarşılıqlı dostluq hökm sürən həmin
ailədə boya-başa çatırlar. Rzaqulu bu ailədə tam orta Azərbaycan
məktəbinə daxil olur, oranı müvəffəqiyyətlə bitirib atestata layiq
görülür.

1940-1944-cü ilə qədər Rzaqulu Quliyev iki istiqamətdə – Hərbi
komissarlıqda və Naxçıvan SSRİ Prokrorluğunda çalışmışdır.

1944-cü ildən etibarən Rzaqulu Quliyev Naxçıvanda təhlükəsizlik
orqanlarında fəaliyyətə başlayır.

Sonrakı illərdə onun operativ fəaliyyəti Azərbaycanın bir neçə
rayonunda rəhbər vəzifələrdə davam edir.

70-ci illərdə artıq onu Naxçıvan vilayətinin Dövlət
Təhlükəsizlik Komitəsi nümayəndəliyindən Dövlət Təhlükəsizlik
Komitəsinin Mərkəzi aparatının Nərimanov rayon şöbəsinə rəis təyin
edirlər.

Rzaqulu Quliyev 1979-cu ildə xidməti fəaliyyətini başa vurur.
Təhlükəsizlik orqanlarında 35 ildən artıq vicdanla və fədakarlıqla
xidmət göstərdikdən sonra təqaüdə çıxır.

Enerjisi tükənməyən Rzaqulu Quliyev təqaüdə çıxandan sonra da
əmək fəaliyətini davam etdirmişdir. 1979-cu ildən o, “İnturist”
Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri təyin
olunur.

Bu, ömrünü Vətəninə, Azərbaycan xalqına və dövlətinə həsr etmiş
fədakar insanla mən cənub zonasında Əlibayramhda (indiki Şirvan
şəhəri) iclasda tanış olmuşam.

1964-cü ilin sonlarında SSRİ siyasi rəhbərliyində dəyişikliklər
baş verdi. Nikita Sergeyeviç Xruşşovun əvəzinə Leonid İliç Brejnev
birinci katib seçildi. Bu dəyişiklik DTK rəhbərliyinə də təsir
etdi. SSRİ DTK-nin sədri vəzifəsinə təcrübəli diplomat Yuri
Vladimiroviç Andropov təyin olundu. Onun gəlişi ilə bütün DTK
orqanlarında ciddi dəyişikliklər barədə Əmr verildi və bütün
əməliyyat heyətinin məlumatlandırılması göstərişi verildi.

Bu Əmr SSRİ DTK orqanlarının fəaliyyətindəki və tərkib
hissəsindəki dəyişiklikləri əhatə edirdi.

Bu Əmr SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycan
Respublikasına da yalnız bir nüsxədə göndərildi. Və çoxaldıla
bilməzdi.

Əməkdaşların Əmrlə tanışlığı Mərkəzi Aparatdan başladı və bura
Sumqayıt şəhər bölməsi də əlavə olundu.

Respublikanın bütün rayonları iki zonaya bölünürdü: “Şimal”-
iclasın keçirildiyi şəhər Kiravabad (indiki Gəncə) və “Cənub”
iclasın keçirildiyi yer Əlibayramh (indiki Şirvan).

Zonalarda iclaslar növbə ilə keçirilirdi.

Bu dövrdə mən artıq iki il idi ki, Kəşfiyyat şöbəsinin bo
əməliyyat müvəkkili vəzifəsində çalışırdım.

Şöbə rəisi polkovnik Hüseynov İlhüseyn Pirhüseyn oğlu məni
çağırdı və göstəriş verdi ki, sabah səhər saat 9-da DTK-nin
binasının girişində işgüzar səfər üçün hazır olum. Onunla birlikdə
Zona iclasında iştirak etmək üçün Əlibayramh (Şirvan) şəhərinə iki
günlük işgüzar səfərə gedəcəyik. Amma səhər səfərdən əvvəl mən DTK-
nin “Katiblik” şöbəsindən öz imzamla DTK sədrinin Əmrini götürməli
idim. Bakıya qayıdana qədər Əmrin təhlükəsizliyinə mən başımla
cavabdeh olmalıyam.

Səhəri gün səfərə tam hazır vəziyyətdə idim.

Günorta artıq hədəfə çatmışdıq. Şəhər şöbəsinin girişində bizi
aparat üzrə növbətçi qarşıladı və şöbə rəisinin otağına qədər
müşayiət etdi. İçəri daxil olanda rəis stolun arxasından qalxıb
bizimlə görüşdü. Rəis polkovnik Rzaqulu Hüseyn oğlu Quliyev
idi.

İki rəhbərin görüşü (biri-əks kəşfiyyat, digəri kəşfiyyat
bölmələrinin) onlar üçün gözlənilməz, lakin çox sevindirici oldu.
Onların hər ikisinin qətiyyətli, kişi kimi möhkəm xarakterləri,
dəmir iradəsi bir-birini tamamlayırdı. Və bütün bunlar etibarlı
kişi dostluğunun bariz nümunəsi idi. Həm Rzaqulu, həm də İlhüseyn
təhlükəsizlik orqanlarına demək olar ki, eyni vaxtda qəbul
olunmuşdular. Lakin Azərbaycanın təmamilə əks regionlarına. Amma bu
hadisə XX əsrin 40-cı illərinin birinci yarısında baş vermişdi.
Onların birgə fəaliyyəti həm, Naxçıvanda həm də, Bakıda tezliklə
möhkəm dostluğun yaranmasına səbəb oldu. İlhüseyn Bakıda Mərkəzi
Aparatda əks- kəşfiyyat və uzun müddət kəşfiyyat, Rzaqulunun isə
ardıcıl olaraq Respublikanın təhlükəsizlik orqanlarının bir çox
rayon şöbələrinin rəhbəri vəzifəsində xidmətləri onlar arasındakı
səmimi həsrətin ortaya çıxmasının real əsası olmuşdur.

Rzaqulu Hüseyn oğlu bizi iclas stolu arxasında əyləşdirdi və
orada başlayan söhbət hər ikisinin xidməti fəaliyyəti dövründə olan
əməliyyat tədbirləri haqqında idi. Mən onların arasında oturub,
susur və onların maraqlı söhbətini diqqətlə dinləyirdim. İki
saatdan çox davam edən söhbət Rzaqulu Hüseyn oğlunun təklifi ilə
dayandırıldı və o, bizi nahara dəvət etdi. Lakin ənənəvi olaraq,
restorana deyil, öz mənzilinə. Həmçinin qeyd etdi ki, ev şəraiti
onlar arasında tam məxfi keçirilmiş əməliyyat tədbirləri haqqında
olan söhbətin davamı üçün əlverişlidir.

Mənzildə bizi onun həyat yoldaşı Zərri xanım qarşıladı. O, mənə
dərin və xoş təəssürat yaratdı. Bu xanım nəzakətin, mehribanlığın,
yaxşılığın, diqqətin və mədəniyyətin təcəssümü idi.

Axşam Rzaqulu Hüseyn oğlu bizi gecələmək üçün qonaq evinə yola
saldı.

Səhər saat 10:30 da biz DTK-nin Əlibayramlı rayon şöbəsinin akt
zalında toplanmışdıq.

Rzaqulu Hüseyn oğlu iclasın başlanmağına az qalmış iş üçün lazım
olan bütün zəruri sualları hazırladı. Qeyd etmək istərdim ki,
Əlibayramlı rayonunda Səlyan, Neftçala, Yardımlı, Lerik, Lənkəran
və Astara kimi ətraf rayon şöbələrinin əməkdaşları bir araya
gəlmişdi. 40-dan artıq əməkdaş toplanmışdı.




SSRİ DTK-si sədrinin əmri ilə iclasa toplanan əməkdaşları
Azərbaycan DTK-nin Kollegiya üzvü, 1-ci şöbənin (kəşfiyyat) rəisi,
polkovnik Hüseynov İlhüseyn tanış etdi.

Müzakirələrdə bütün rayon şöbələrinin rəisləri çıxış etdi.

Çıxış edənlərin hamısı eyni fikirdə idilər. Andropov tərəfindən
nəzərdə tutulmuş DTK əməkdaşlarının həyatındakı növbəti
dəyişikliklər Azərbaycan SSRİ DTK əməkdaşlarını ruhlandırırdı. Bunu
nəzərə alaraq, Əmr yüksək və müsbət qiymətləndirilməyə layiq
idi.

Günün ikinci yarısında iştirakçılar üçün nahar təşkil
olundu.

İclas

Səhəri gün bütün iştirakçılarla vidalaşırdıq. Sonda Rzaqulu
Hüseyn oğlu ilə biz vidalaşdıq. İki köhnə dostun vidalaşması
ictimaiyyət qarşısında olmasına baxmayaraq, uzun çəkdi. Uzun müddət
əllərini bir-birindən ayırmadılar. Nəhayət vida anı çatanda
bir-birinə möhkəm sarılıb ayrıldılar.

Ən axırda Rzaqulu Hüseyn oğlu mənimlə sağollaşdı. Əlimi sıxaraq
dedi: – Mən sənin gözlərində gələcəkdə əməliyyat müvəkkili olaraq
uğurlarını görürəm. Onların parlaqlığı sənin gələcəkdə peşəkar
təhlükəsizlik işçisi olduğunu təsdiq edir.

Mənim gələcək əməliyyat fəaliyyətimi yüksək və ədalətli
qiymətləndirdiyinə görə mən bütün əməliyyat həyatımı ona borcluyam.
Heç bir şübhə yoxdur ki, o, uzaqgörən idi!!!

Qısa müddətdən sonra Rzaqulu Hüseyn oğlu Quliyev Əlibayramlı
rayonundan Bakıya Mərkəzi Aparata Nərimanov rayon şöbəsinin rəisi
vəzifəsinə təyin olunur. Bu çox yüksək və məsuliyyətli vəzifə idi,
belə ki, Nərimanov rayonu ərazisinə görə ən böyük rayondur. Bu
rayonda sənaye müəssisələrinin 50%-i yerləşir: ’’Azərelektroterm”,
leytenant Şmidt adma Maşınqayırma zavodu, Bakı məişət
kondisionerləri zavodu, Lampa zavodu, Metropoliten depo və bir sıra
digər sənaye müəssisələri.

Bütün parametrlərinə görə Rzaqulu Hüseyn oğlunun namizədliyi ən
uğurlu və uyğun idi. Və yalnız o, qısa müddət ərzində DTK-nin
əməliyyat qüvvələrini və imkanlarını düzgün şəkildə yerləşdirməyi
bacardı.

Bütün sənaye müəssisələrinin mənbələri vaxtı-vaxtında dəyərli
əməliyyat məlumatlarını rayon şöbəsinin əməliyyat heyətinə
çatdırırdılar.

Bundan əlavə Rzaqulu Hüseyn oğlu müəssisələrdə tez-tez yaranan
çətin fövqəladə hadisələrdə öz xidməti otağında hadisələrin
mahiyyətinin təhlilində fəal iştirak edən DTK-nin təcrübəli
əməkdaşları ilə təcili iclaslar keçirirdi. Qrup, təhlillərin
nəticələrinə əsasən tövsiyyə və təkliflərini verirdi. Bu
əməkdaşlara aiddir: Banserev Vladimir, Abbasquliyev Azər, Tağıyev
Zülfüqar, Əfəndiyev Zaur və mən – Süleymanov Şamil.

Rzaqulu Hüseyn oğlu Quliyev haqqında xatirələri qısa kəlimə ilə
yekunlaşdırmaq istəyirəm:

Bu şəxsiyyət həyata keçirdiyi əməliyyat işlərinə tam bağlılığı
ilə səciyyələnirdi. Fikirləri daim qarşısında duran operativ vəzifə
ilə bağlı idi.

Allah Ona rəhmət eləsin!

Bu gün Rzaqulu Hüseyn oğlunun ölməz xatirəsi daim
yaddaşlardadır. Rzaqulu Quliyevin davamçıları olan oğlu Hüseyn və
qızı Zərifə onun adını daim yaşadırlar.

Oğlu – Hüseyn Rzaqulu oğlu Quliyev Naxçıvanda tam orta məktəbi
rus dilində bitirib, sonra isə Azərbaycan Dövlət Neft və Kimya
institutunun mühəndislik fakültəsini bitirib. Təhlükəsizlik
orqanlarında çalışıb. Əvvəlcə DTK-nin 1-ci Baş İdarəsinin
(Kəşfiyyat) əməkdaşı olub. İki dəfə xarici ezamiyyətdə olub:

Kiprdə SSRİ səfirliyinin birinci katibi.
Türkiyədə SSRİ səfirliyinin birinci katibi.

Xidmətini Moskvada xarici kəşfiyyatın əməkdaşı kimi sonlandırır.
Bakıya qayıtdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin
əməkdaşı, son illərdə isə Azərbaycanın Özbəkistandakı səfiri
olub.

Mərhum atasının layiqli varisi!

Qızı – Zərifə Rzaqulu qızı Quliyeva. Nəriman Nərimanov adma
Azərbaycan Tibb Universitetini bitirib. İşləyib: 5 nömrəli
klinikada, Nizami rayon Tibbi-sanitariya bölməsinin baş həkimi.

Mərhum atasının layiqli qızı!

Xatirələri ilə bölüşdü:

33 il DTK-də xidmət etmiş istefada olan polkovnik;
SSRİ DTK-nin fəxri əməkdaşı;
Milli Təhlükəsizlik Nazirliyin fəxri Əməkdaşı
“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Vetiranlarının
İctimai Birliyinin fəxri sədri.
Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin fəxri əməkdaşı

sentyabr 2025-ci il Ş.K.Süleymanov