İstanbulun Bayrampaşa Bələdiyyəsində axtarış aparılıb, 48 nəfər həbs edilib

Baş səhifə

İstanbulun Bayrampaşa Bələdiyyəsinə qarşı korrupsiya araşdırması çərçivəsində bələdiyyə başçısı Həsən Mutlu saxlanılıb.

APA xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, araşdırma çərçivəsində ümumilikdə 48 nəfər barəsində həbs qərarı çıxarılıb, şübhəlilərə “rüşvət vermək və almaq, mənimsəmə və tenderlərə müdaxilə” ittihamları irəli sürülüb.

Əməliyyat çərçivəsində şübhəlilərə aid 72 mənzil və ofisdə axtarış-müsadirə əməliyyatına başlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir