Azərbaycanda maye qazların istehsalı 14%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 150,9 min ton maye
qazlar istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 18,4 min ton və ya 13,9% çoxdur. Keçən ilin eyni
dövründə ölkədə 132,5 min ton maye qazlar istehsal edilmişdi.




Bu ilin sentyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 1,5 min
ton təşkil edib.

Qeyd edək ki, hesabat dövründə neft məhsullarının istehsalı
sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla,
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir