Xırdalan sakinlərinə şad xəbər

Baş səhifə

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir
yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin
etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş
hərəkət cədvəli ilə xidmət göstərəcək.

Trend
xəbər verir ki, bu barədə ADY məlumat yayıb.




Bildirilib ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron
dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq.
Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı
iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə
56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan və
Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə
çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə
yetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır.
Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan və
Xırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu
istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,
Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması
sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir