Azərbaycanın neft idxal etdiyi ölkələr – SİYAHI

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 353,8 milyon ABŞ
dolları dəyərində 734,8 min ton bitumlu süxurlardan alınmış xam
neft və xam neft məhsulları idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə
edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən
məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 301,9 milyon ABŞ
dolları və ya 1,8 dəfə, həcm baxımından isə 433,1 min ton və ya 1,6
dəfə azalma qeydə alınıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiya
və İraqdan idxal edilib. Belə ki, cari ilin ilk səkkiz ayında
Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton,
Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdan
isə 135 min ABŞ dolları dəyərində 365 ton bitumlu süxurlardan
alınmış xam neft və xam neft məhsulları alınıb.




Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən
neft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19
ölkəyə 7,7 milyard ABŞ dolları dəyərində 14,5 milyon ton bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edilib.

Bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər
ifadəsində 1,6 milyard ABŞ dolları və ya 17%, həcm ifadəsində isə
225,5 min ton və ya 1,5% azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir