Bu yolda təmir işləri başa çatdı

Baş səhifə

Bakı. Trend:

Azərbaycan dəmir yollarının Bakı–Keşlə sahəsində “Bağırov
körpüsü” kimi tanınan ərazidə təmir işləri başa çatıb.

Trend xəbər
verir ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən Abşeron
dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və
hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə
Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimi tanınan ərazidə əsaslı
təmir işləri aparılıb.




Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj
boruları quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil
yolunda asfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu da
infrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir
işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat
çatdırılmasına xidmət edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir