Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən
keçirilən tədbir nəticəsində sosial şəbəkələrdə dələduzluq edərək
vətəndaşların kart hesablarını talamaqda şübhəli bilinən, əvvəllər
məhkum olunmuş 22 yaşlı Zaur Teymurxanov saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuatr xidmətindən
məlumat verilib.

Məlumata görə, araşdırmalarla məlum olub ki, Z.Teymurxanov
“Instagram”da ayrı-ayrı vətəndaşların şəxsi məlumatlarını
öyrənəndən sonra onların dostluğundakı şəxslərə mesaj yazaraq kart
məlumatlarını ələ keçirib. O, bu yolla külli miqdarda pul vəsaitini
oğurlayaraq öz hesabına köçürüb.




Faktlarla bağlı araşdırmalar aparılır.

“Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər
varsa bu barədə polisə müraciət edə bilərlər.

Bir daha vətəndaşları sosial şəbəkələrdə diqqətli olmağa,
tanımadıqları şəxslərə etibar etməməyə, mənbəyi naməlum olan
linklərə daxil olmamağa, şəxsi və bank kartı məlumatlarını heç
kimlə bölüşməməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir