Paytaxtda daha üç kuryer 17 kq narkotiklə saxlanılıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin
əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək
satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı
əməliyyatlar keçirilib.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti
tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və
tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar.

Bildirilib ki, onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana,
heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq
götürülüb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla
araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc
müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını
etiraf ediblər.




Faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəli
şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmaları
istiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir