
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən Qızılağac Milli Parkının
Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş
yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən tam
söndürülüb.
Trend
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 10 ha sahədə qamışlıq, quru
ot, kol-kos və qismən ağaclar yanıb.
Milli Parkın qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar
Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və
Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı,
Milli Parkın əməkdaşları da iştirak edib.
XXX
09:51
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın
ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend
xəbər verir ki. bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə
də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində
yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən
məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam
etdirilir.