
Bakı. Trend:
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 22 ölkədən 3,7
milyard ABŞ dolları dəyərində 38,4 min kiloqram qızıl idxal
edilib.
Trend-in
Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı
hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1
kiloqramının orta idxal qiyməti 97,5 min ABŞ dolları təşkil
edib.
Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr
sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ)
daxil olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1
862 kiloqram qızıl istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə
müqayisədə 614,5 kiloqram və ya 49,2% çoxdur. Cari ilin avqust
ayının 1-nə ölkədə hazır qızıl ehtiyatının miqdarı 167,5 kiloqram
olub.
Cari ilin ilk yeddi ayında Azərbaycana idxal edilən qızılın
ölkələr üzrə həcmi və idxal dəyəri:
|
Ölkələr |
Qızılın həcmi (kq) |
Qızılın dəyəri (min ABŞ dolları) |
|
Qazaxıstan |
2556,83 |
262172,89 |
|
Qırğızıstan |
417,36 |
44617,82 |
|
Özbəkistan |
1226,92 |
124914,73 |
|
Rusiya |
6783,68 |
656760,54 |
|
Amerika Birləşmiş Ştatları |
4453,16 |
458836,39 |
|
Avstraliya |
4120,75 |
368159,06 |
|
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı |
4860,9 |
481268,41 |
|
Braziliya |
1021,46 |
953118,81 |
|
Cənubi Afrika Respublikası |
2526,6 |
267467,72 |
|
Çin |
1186,22 |
109542,7 |
|
Çinin xüsusi inzibati rayonu Honkonq |
184,29 |
16723,14 |
|
Filippin |
240,88 |
24325,53 |
|
İsveçrə |
1470,02 |
145035,48 |
|
Kanada |
1398,88 |
132316,32 |
|
Meksika |
2557,6 |
233513,81 |
|
Türkiyə |
1115,84 |
99250,42 |
|
Yaponiya |
149,89 |
15586,09 |
|
Zimbabve |
12,2 |
1133,44 |
|
Almaniya |
1062,49 |
95859,22 |
|
İspaniya |
692,15 |
73156,09 |
|
İsveç |
38,16 |
4099,74 |
|
İtaliya |
296,48 |
31249,34 |
|
Rumıniya |
48,12 |
4960,59 |
Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan
yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr,
istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan
vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

