Azərbaycan və İranda qarşılıqlı mədəniyyət günləri keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İranın müxtəlif şəhərlərində qarşılıqlı olaraq
mədəniyyət günləri keçiriləcək.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat
verilib.




Məlumata görə, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının
beynəlxalq məsələlər üzrə sədr müavini Əbdülrza Raşid Bakıda
Azərbaycanın mədəniyyət nazirinin müavini Fəric Cəfərov arasında
görüş keçirilib.

Görüşdə iki ölkə rəsmiləri hər iki ölkənin paytaxtları Bakı və
Tehranda və digər şəhərlərdə qarşılıqlı olaraq mədəniyyət
günlərinin keçirilməsi üzrə razılıq əldə ediblər.