Xocalının Seyidbəyli kəndinə ilk köç karvanı çatıb- FOTO – VİDEO – YENİLƏNİB

Baş səhifə

Köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb.

Bu barədə APA-nın Qarabağ bürosu xəbər verir.

***

11:34

Böyük Qayıdış planına uyğun olaraq, Xocalı rayonun Seyidbəyli kəndinə ilk dəfə əhalinin köçürülməsi prosesi həyata keçirilir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 9 ailə – 31 nəfər köçürülür.

Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.