Azərbaycan Dünya və ənənəvi Dinlərin VIII Astana Qurultayında təmsil olunacaq

Baş səhifə

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam
Allahşükür Paşazadə sentyabrın 15-də Qazaxıstan Respublikasına
səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, zəngin səfər proqramı
çərçivəsində A.Paşazadə sentyabrın 16-da BMT Sivilizasiyalar
Alyansı və Astana Qurultayının dini məkanların qorunmasına həsr
olunmuş birgə iclasında iştirak və məruzə ilə çıxış edəcək.

Sentyabrın 17-də QMİ sədri Dünya və ənənəvi Dinlərin VIII Astana
Qurultayında iştirak və çıxış edəcək.




Sentyabrın 18-də baş tutacaq Gənc Dini Liderlərin Forumunda
çıxış edəcək A.Paşazadə gənclərə xitab edərək xeyir-dua
verəcək.

Nüfuzlu beynəlxalq dinlərarası dialoq platforması olan Dünya və
ənənəvi Dinlərin VIII Qurultayının mövzusu “Dinlərin dialoqu –
gələcək naminə sinerji”dir.

A.Paşazadə 23 illik tarixə malik Astana Qurultaylarının daimi
iştirakçısı və Qurultayın Katibliyinin daimi üzvüdür.