
Bakı. Trend:
Sentyabrın 11-i Nəsimi rayonu ərazisində bir nəfər 2200 manat
dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat
verib.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, polis
əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli
bilinən əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə
məhkum olunmuş 48 yaşlı E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonu ərazisində evlərin birinin qarşısından 800 manat
dəyərində skuter oğurlamaqda şübhəli bilinən N.Abdullayev də polis
əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.