
Bakı. Trend:
Paytaxtın Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək
ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini
bildiriblər.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 22-ci
Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli
törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı
P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.
Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500
manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı
A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək
saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.

