
Bakı. Trend:
Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin
sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv
tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət
qoyulub.
Bu barədə Trend
Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, hərbi hissələrdə effektiv profilaktik tədbirlərin
görülməsi sayəsində şəxsi heyət arasında respirator xəstəliklərə, o
cümlədən qrip infeksiyasına yoluxma hallarının qarşısı alınır:
“Gənc əsgərlərin valideynlərindən, eləcə də bütün vətəndaşlardan
hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı,
məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi bir
daha xahiş edirik. Qeyd olunan məhdudiyyət götürüldükdən sonra
ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Müdafiə Nazirliyi bir neçə dəfə bununla bağlı
vətəndaşlara müraciət edib.

