
Bakı. Trend:
Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus
avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması
barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ
13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə
əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev
saxlanılıb.
Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində
qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və
narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir
rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən
müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

