Toy karvanında qaydaları pozanlar saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Naxçıvanda toy karvanında qaydaları pozanlar tutulub.

Trend xəbər
verir ki, Naxçıvanda toy karvanı zamanı ictimai qaydanı və yol
hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozan “Chevrolet”
markalı avtomobilin sürücüsü Daşqın Həsənov, “Jaguar” markalı
avtomobilin sürücüsü Həsən Allahverdiyev, “Renault” markalı
avtomobilin sürücüsü Tuncay Cabbarlı və “Kia” markalı avtomobilin
sürücüsü İlkin Rüstəmov polis əməkdaşları tərəfindən müəyyən
olunaraq saxlanılıb.




Araşdırmalarla onların digər hərəkət iştirakçılarının sərbəst
hərəkətinə pirotexniki vasitələrdən istifadə etməklə mane olduqları
və yol hərəkəti qaydalarını pozduqları aşkar edilib.

Faktla bağlı saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun
tədbirlər görülüb.