Şamaxıda Üzüm və Şərab Festivalı start götürür (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu saatlarda Şamaxıda Üzüm və Şərab Festivalı start götürür.

Trend xəbər
verir ki, Şamaxı Rayon İcra Hakimiyyətinin, Abqora restoranı və
“Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun
Meysəri kəndində keçirilən festival iki gün davam edəcək.

Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi,
şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda
üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin
geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da
üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı
müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.

Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və
şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda
müxtəlif şərab brendləri iştirak edir.

Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri
müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir,
ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli – zavod qiymətinə
əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin
maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.

Festivalda həm də maraqlı konsert proqramı təqdim olunacaq.

Festival hər iki gün axşam saatlarınadək davam edəcək.