Rusiya Azərbaycandan elektrik enerjisi alışını 35%-ə yaxın artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiyaya təqribən
68,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-in
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu
miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən
3 milyon ABŞ dolları olub.

Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə
müqayisədə həcm ifadəsi ilə 4,5 milyon kVt/saat və ya 7,1%, dəyər
ifadəsi ilə 767 min ABŞ dolları, yaxud 34,7% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiyadan
Azərbaycana 1,8 milyon ABŞ dolları dəyərində, 50,5 milyon kVt/saat
həcmində elektrik enerjisi satılıb.




Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 176 min ABŞ dolları və ya 11,1% çox, həcm ifadəsində isə
4,5 milyon kVt/saat və ya 8,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul ayları ərzində
Azərbaycandan ümumilikdə dörd ölkəyə – Rusiya, Gürcüstan, İran və
Türkiyəyə 41,6 milyon ABŞ dolları dəyərində, 737,5 milyon kVt/saat
həcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin, hesabat dövründə Rusiya, Gürcüstan və İrandan
Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 91,7 milyon kVt/saat
elektrik enerjisi idxal edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir