
Bakı. Trend:
Azərbaycan U-15 millisi sentyabrın 19-dək Milli Komandaların
Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.
Trend xəbər
verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Yığmamız toplanış çərçivəsində Monteneqronun müvafiq yaş
qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Matçların sentyabrın 16-da və 18-də Binə stadionunda təşkili
nəzərdə tutulur. Qarşılaşmaların saat 16:00-da başlanması
planlaşdırılır.