Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salınıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər
verir ki, Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Daşbulaq
kəndinə ilk köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdir.




İlk mərhələdə Daşbulaq kəndinə 13 ailə olmaqla 67 nəfər Ağdam
rayon Dörd yol adlanan ərazisindən yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin, torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir