Şəhid polkovnik-leytenant Həmdəm Ağayevin xatirəsi anılıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhid
polkovnik-leytenant Ağayev Həmdəm Mayıl oğlunun xatirəsinə həsr
olunmuş anım tədbiri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, Həzi Aslanov adına Ordu
İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Müdafiə
Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə
üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.




Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi
qəhrəmanlıq və şücaətlərindən söz açaraq şərəfli həyat yolu
haqqında danışıblar.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və
qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban
Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə
minnətdarlıqlarını bildiriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir