
Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli və Sumqayıt şəhəri ilə əlaqələndirən 503 nömrəli marşrut üzrə xətlərə sentyabrın 14-ü və 15-dən yeni avtobuslar istismara veriləcək.
Bu barədə Metbuat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, 157 və 503 nömrəli marşrutları yeni avtobuslarla təminatını “BusTrans” MMC və “BakuBus” MMC həyata keçirəcəklər.
157 nömrəli marşrut üzrə gedişhaqqı 0,50 manat, 503 nömrəli marşrut üzrə isə 0,70 manat təşkil edəcək.
Hə iki marşrut üzrə sərnişindaşıma nağdsız ödəniş əsasında həyata keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

