
Bakı. Trend:
Bu gün İranda yerli vaxtla saat 16:07-də İranın cənubunda
yerləşən Fars vilayətində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in
məlumatına görə, Tehran Universitetinin Geofizika İnstitutunun
Milli Seysmologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ vilayətin Kazerun rayonunda 10 km
dərinlikdə qeydə alınıb.
Zəlzələ baş verən rayona İranın Qırmızı Aypara Cəmiyyətinin
əməkdaşları cəlb olunub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

