Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı
ünvanlayıb.

Trend xəbər
verir ki, başsağlığında deyilir:

“Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə
hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi
qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz
kədərləndirdi.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə
şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan
səbir diləyirik. Yaralananların tezliklə sağalmalarını arzu
edirik.

Allah rəhmət eləsin”.