
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın
baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi
Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının
iyirmibirmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən
mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın
genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 110 kv.m olan üçotaqlı mənzilin
zalı 20 kv.m sahədə yanıb.
Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində
bina sakinləri təxliyə olunub.

