
Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət
edib.
Trend xəbər verir ki, dövlət
başçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnız
sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
“Mən bütün tərəfdaşlarımıza müraciət edirəm: artıq yeni
sanksiyaların tətbiqinə mane olacaq bəhanələr axtarmaqdan imtina
edin. Əgər kimsə bu müharibənin bitməsini istəyirsə, Rusiya hərbi
maşınının qarşısını almaq üçün vacib addımlar atmalıdır. Biz
ABŞ-dən daha qəti addımlar, güclü sanksiya və tarif siyasəti
gözləyirik. Elə bir siyasət ki, bütün dünya üçün ciddi arqument
olsun”, – Zelenski qeyd edib.