ABŞ dövlət katibi Polşanın hava məkanının pozulmasını qəbuledilməz hadisə adlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio dronların Polşanın hava məkanını
pozması ilə bağlı insidenti təhlükəli və qəbuledilməz
adlandırıb.

Trend xəbər verir ki, bu
barədə “Reuters“ məlumat yayıb.




“Biz bunun qəbuledilməz, uğursuz və təhlükəli bir hadisə
olduğunu düşünürük. Buna şübhə yoxdur: pilotsuz təyyarələr qəsdən
buraxılıb. Sual odur ki, pilotsuz təyyarələr konkret olaraq Polşaya
daxil olmaq üçün hədəflənibmi?”, – Rubio deyib.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynanın
qərbinə kütləvi hücumu zamanı onlarla pilotsuz təyyarə Polşanın
hava məkanını pozub.