
Bakı. Trend:
Avqustun 1-nə olan məlumata görə, Avropa İttifaqında (Aİ)
Ukraynadan olan qaçqınların sayı 4,34 milyon nəfər təşkil edib.
Trend xəbər verir ki, bu
barədə Avropa Komissiyasının Statistika Agentliyi – Eurostat
məlumat yayıb. Bildirilir ki, Ukrayna ərazisindən Avropa İttifaqı
ölkələrinə qaçan və bu ölkələrin vətəndaşı olmayanların sayı 4,34
milyon nəfərə çatıb. İyulda onların sayı 28,7 min nəfər və ya 0,7
faiz artıb.
Ukraynalı qaçqınların əksəriyyəti Almaniyada (1,2 milyon nəfər),
Polşada (993 min nəfər) və Çexiyada (380 min nəfər) yerləşib.

