
Bakı. Trend:
Avropa İttifaqında orta ömür uzunluğu ötən ilin məlumatlarına
əsasən 81,7 il olub. Bu, 2023-cü illə müqayisədə 0,3 il çoxdur.
Trend xəbər verir ki, bu
barədə Avropa İttifaqının (Aİ) Statistika Komitəsinin (Eurostat)
uzunömürlülük üzrə məlumatında qeyd edilib.
Orta uzunömürlülük göstəricisi 15 ölkədə Aİ ilə müqayisədə
yüksək olub. Ən yüksək ömür uzunluğu İtaliyada, İsveçdə (hər
ikisində 84,1 il) və İspaniyada (84 il) müşahidə olunub. Ən aşağı
göstəricilər isə Bolqarıstanda (75,9 il), Rumıniyada (76,6 il) və
Latviyada (76,7 il) qeydə alınıb.

