
Bakı. Trend:
“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Conatan Montiel
komandanın son məşqində zədələnib.
Trend xəbər verir ki, ispanın
zədəsinin ciddi olduğu ortaya çıxıb.
Onun bud əzələlərində gərginləşmə baş verib. Belədə, Montielin
bir ay meydanlarda olmayacağı dəqiqləşib.
Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi bu mövsümün əvvəlində
“Qarabağ”a keçib və hazır olmadığı üçün hələ ki yeni komandasında
rəsmi debüt etməyib.