Beyləqanda yol qəzasında bir nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 14-də gecə saatlarında Beyləqan rayonu ərazisində
“Lexus” və BMW markalı avtomobillərin toqquşması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, BMW
markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.




Faktla bağlı araşdırma aparılır.