
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp amerikalı mühafizəkar fəal Çarli
Kirkin qətlindən sonra məmurların təhlükəsizliyi üçün Konqresdən 58
milyon dollar istəyib.
Trend xəbər verir ki, bu
haqda “Bloomberg“ Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
“Tramp administrasiyası icra və məhkəmə orqanlarının
təhlükəsizliyini gücləndirmək üçün Konqresdən 58 milyon dollar
istəyir”, – məlumatda deyilir.