Ceyhun Bayramov Qətərə səfər edəcək

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Səfər çərçivəsində nazirin 14-15 sentyabr tarixlərində Doha
şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və
çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi
nəzərdə tutulub.