
Bakı. Trend:
Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda
keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu barədə qərar
Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul
edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman
(İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın
təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2
avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.
Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda
keçirilib.

