Türk dövlətlərinin sığortaçıları birgə sənəd imzalayıblar

Baş səhifə

Bakı. Trend:

Türk Dünyası Sığorta Birliyinin Azərbaycanın Şuşa şəhərində
keçirilən birinci Assambleyasında türk dövlətlərinin sığortaçıları
birgə “Proklamasiya sənədi” imzaladı.

Azərbaycan Sığortaçılar Assosiyasıyasından Trend-ə verilən məlumata
görə, imzalanan sənədə əsasən, Türk Dünyası Sığorta Birliyi Türk
Dövlətləri təşkikatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən
formalaşdırıldı. Belə ki, Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin
(Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta
assosiasiyaları müşahidəçi təşkilat qismində daxil olur.




Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin başlıca məqsədi
Türk Dövlətləri Təşkilatına daxil olan üzv və müşahidəçi ölkələrin
sığorta bazarları arasında qarşılıqlı təcrübə, kadr və məlumat
mübadiləsi qurmaq, təkrarsığorta əlaqələrini sistemli
formalaşdırmaq və qardaş ölkələrin sığorta bazarlarında davamlı və
dayanıqlı inkişafa nail olmaqdır.