Prezident İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində olub.

Trend xəbər verir
ki, dövlətimizin başçısına qəsəbədə həyata keçirilmiş işlər barədə
məlumat verilib.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı qəsəbə erməni
işğalından azad ediləndən sonra burada genişmiqyaslı
abadlıq-quruculuq layihələri icra olunub və hazırda da bu
istiqamətdə işlər davam etdirilir.

“Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi,
yeni hərbi hissə, ümumi uzunluğu 12,5 kilometr olan Füzuli-Hadrut
avtomobil yolu istifadəyə verilib, transformator məntəqəsi tikilib,
mövcud elektrik xətləri bərpa olunub, 8 su anbarı təmir edilib,
yeni su, kanalizasiya və qaz xətləri çəkilib, qəsəbədaxili yollarda
təmir işləri aparılıb. Qəsəbədə zəruri sosial infrastruktur, o
cümlədən hotel, ticarət və ictimai-iaşə obyektləri yaradılıb.

Hadrut qəsəbəsində ümumilikdə 541 ev var ki, onlardan da 462-si
yararsız, 79-u isə qismən yararlıdır. Bu evlərdən 10-u artıq
istismara hazırdır. Qismən yararlı evlərin hamısı ilin sonunadək
bərpa ediləcək.

Hazırda 10 ailə, ümumilikdə 41 nəfər öz dədə-baba yurdu Hadruta
qayıdıb.

Dövlətimizin başçısı qəsəbə sakini Zahid Mustafayevin evində
oldu.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir