
Bakı. Trend:
Kolumbiyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, yeraltı təkanların episentri Frontino
şəhərindən 9 km aralıda yerləşib. Zəlzələnin ocağı 13 km dərinlikdə
olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.