
Bakı. Trend:
Azərbaycan güləşçisi Osman Nurmaqomedov (92 kq) Xorvatiyanın
paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında yarımfinal
mərhələsinə vəsiqə qazanıb.
Trend-in
məlumatına görə, o, 1/4 final qarşılaşmasında Olimpiya mükafatçısı
və üçqat Avropa çempionu yunanıstanlı Daulen Kuruglievi 2:0 hesabı
ilə məğlub edib.
Digər azərbaycanlı sərbəst güləşçi Cəbrayıl Hacıyev (79 kq) isə
yarımfinala yüksələ bilməyib. O, yunanıstanlı Avropa çempionu
Georgios Kougimitsidisə 0:8 hesabı ilə uduzub.

