Türkiyə beynəlxalq axtarışa verilən 8 nəfəri ölkəyə gətizdirib

Baş səhifə

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya İnterpolun qırmızı
bülleteni ilə axtarılan 8 nəfərin ölkəyə gətirildiyini
açıqlayıb.

Trend-in
məlumatına görə, bu barıdı nazir “X” sosial şəbəkəsində yazıb.

A.Yerlikaya cinayətkarların Gürcüstan, Azərbaycan, Almaniya,
Avstriya, Şimali Makedoniya və İrlandiyadan ekstradisiya olunduğunu
bildirib.




Onun sözlərinə görə, Ankaranın müraciəti əsasında Azərbaycanda
saxlanılan Türkiyə vətəndaşı İ.C. qəsdən adam öldürmə ittihamı ilə
beynəlxalq axtarışa verilmişdi.

Nazir vurğulayıb ki, axtarışda olan heç bir cinayətkar ədalətdən
yayınmayacaq. O, həmçinin müxtəlif ölkələrin hüquq-mühafizə
qurumları ilə mövcud beynəlxalq əməkdaşlığı yüksək
qiymətləndirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir